Zəfər paradında “İti qovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olunub

Zəfər paradında “İti qovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olunub Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında pilotsuz uçuş aparatları (PUA) nümayiş etdirilib.
Qarabağ
10 Dekabr , 2020 15:05
Zəfər paradında “İti qovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olunub
0 : 00
0 : 00

Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) nümayiş etdirilib.

“Report” xəbər verir ki, Azadlıq meydanında Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi olub.

Kolona müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, “Zəfər” ordenli general-leytenant Ramiz Tahirov başçılıq edib.

Vətən müharibəsində Qələbənin əldə edilməsində çox mühüm rol oynayan “Orbiter-1KM” - “İti qovan”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4”, “Aerostar–BP”, “Heron” pilotsuz uçuş aparatları (PUA), eləcə də ən müasir PUA-lar - “Bayraktar-TB2”, habelə “Hermes-450”, “Hermes-900”, “Quzğun” və “Harop” PUA-ları nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi