Şeyxülislam Allahşükür Paşazadə: "Xocalıda törədilənlər vəhşiliklərin kulminasiya nöqtəsidir"

Şeyxülislam Allahşükür Paşazadə: "Xocalıda törədilənlər vəhşiliklərin kulminasiya nöqtəsidir" Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan şəhəri Xocalıda törədilən vəhşiliklər hələ də dünya ictimaiyyəti tərəfindən pislənməyib və layiqli qiymətini almayıb.
Qarabağ
21 Fevral , 2019 11:50
Şeyxülislam Allahşükür Paşazadə: Xocalıda törədilənlər vəhşiliklərin kulminasiya nöqtəsidir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 21 fevral. REPORT.AZ/ "Azərbaycan şəhəri Xocalıda törədilən vəhşiliklər hələ də dünya ictimaiyyəti tərəfindən pislənməyib və layiqli qiymətini almayıb".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Xocalıda törədilənlər vəhşiliklərin kulminasiya nöqtəsidir: "Ancaq bu vəhşiklikləri törədənlər hələ də hüquqi cəzasını almayıblar. Ermənistan heç bir beynəlxalq qurumun qərar və qətnamələrinə məhəl qoymur. Cəzasızlığından ilhamlanan Ermənistan daim atəşkəsi pozmağa cəhd edir, sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirir".

O qeyd edib ki, soyqırım törədənlərin havadarları Azərbaycana qarşı törədilən terrorizmə haqq qazandırmaq niyyətindədir: "Həqiqət bundan ibarətdir ki, bütov bir şəhərin məhv edilməsi soyqırım aktıdır. Növbəti dəfə beynəlxalq təşkilatlara müraciət edirik ki, bu soyqırıma biganə qalmasınlar, Qarabağ münaqişəsinin həllində bizə kömək etsinlər. Ən əsası isə haqqın tərəfində olsunlar. Qeyd edim ki, Azərbaycanın bütün məscidlərində və dini məclislərdə cümə günü şəhidlərin şəninə xütbələr veriləcək, onların əziz ruhuna "Qurani-Kərim", dualar oxunacaq".

Son xəbərlər

Orphus sistemi