XİN başçısı: "Slovakiya ATƏT-ə sədrliyi dövründə Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara töhfə vermək əzmindədir"
- 05 mart, 2019
- 09:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 mart. REPORT.AZ/ "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətlə yerində tanış olmaq və fikir mübadiləsi aparmaq üçün bu səfər yaxşı fürsət yaradır".
"Report" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın martın 5-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.
M.Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən edilmiş prioritetlər barədə dövlət başçısına məlumat verərək, bu sırada münaqişələrin qarşısının alınmasının və vasitəçiliyin mühüm yer tutduğunu diqqətə çatdırıb, bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə töhfə vermək əzmində olduqlarını deyib.