Xələf Xələfov: "İranın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyi yüksək qiymətləndiririk"

Xələf Xələfov: "İranın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyi yüksək qiymətləndiririk" Əbuzər İbrahimi Türkman Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrinin İranı narahat etdiyini bildirib
Qarabağ
122
3 Dekabr , 2014 20:14
Xələf Xələfov: İranın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyi yüksək qiymətləndiririk
Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri Əbuzər İbrahimi Türkmanı qəbul edib. Bu barədə XİN-dən "Report"a məlumat verilib. 

Görüş zamanı X.Xələfov Azərbaycan Respublikası və İran İslam Respublikası arasındakı əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri və səfər çərçivəsində imzalanmış sənədlərin iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafının bariz nümunəsi olduğunu qeyd edib.

Regional sülh və təhlükəsizlik məsələlərinə toxunan X.Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində İran İslam Respublikasının mövqeyi və nümayiş etdirdiyi siyasi iradənin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Ə.İ.Türkman ölkələrimiz arasında zəngin tarixi-mədəni əlaqələrinin mövcudluğunu qeyd etmiş və bu əlaqələrin daha da inkişaf etməsinin zəruriliyini vurğulayıb. O, rəhbərlik etdiyi təşkilat barəsində məlumat verərək, onun dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərdiyini qeyd edib və bu təşkilatın iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. Ə.İ.Türkman Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrinin İranı narahat etdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi