Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist Füzuliyə gəlib.
“Report” xəbər verir ki, səfər çərçivəsində xarici KİV nümayəndələri səkkiz ay ərzində inşa edilən və 2021-ci ilin oktyabr ayında istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına baş çəkiblər.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov qonaqlara Füzuli və Zəngilan rayonlarında tikilən hava limanları haqqında məlumat verib, onların həm mülki, həm də logistik daşıma məqsədləri üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb.
"Bu layihələr Qarabağda infrastrukturun inkişaf etdirilməsinin bir hissəsidir", - İmanov əlavə edib.
Daha sonra xarici jurnalistlər ərazilərin minalardan təmizlənməsinin gedişi ilə tanış olacaq və şəhərin mərkəzinə səfər edəcəklər.
Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist Gəncədə raket hücumlarına məruz qalmış ərazilərə səfər etdikdən sonra Füzuliyə yola düşüb.
“Report” xəbər verir ki, səfərdə 30-dan çox xarici jurnalist iştirak edir.
KİV nümayəndələri Füzuliyə səfər çərçivəsində ərazilərin minalardan təmizlənməsi işlərinin gedişi ilə tanış olacaq, həmçinin 2021-ci ilin oktyabr ayında istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına baş çəkəcəklər.
Xatırladaq ki, ötən gün jurnalistlər Ağdam rayonunda olublar.