Xankəndi-Laçın yolunda erməni vandalizimini əks etdirən plakatlar dəmir dirəklərlə yerə bərkidilib - YENİLƏNİB

Xankəndi-Laçın yolunda erməni vandalizimini əks etdirən plakatlar dəmir dirəklərlə yerə bərkidilib - YENİLƏNİB Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası bu gün günorta saatlarında da davam edir.
Qarabağ
9 Yanvar , 2023 15:43
Xankəndi-Laçın yolunda erməni vandalizimini əks etdirən plakatlar dəmir dirəklərlə yerə bərkidilib - YENİLƏNİB

Şuşadan keçən Xankəndi-Laçın yolunda işğal dövründə Azərbaycanın erməni vandaliziminə məruz qalmış təbiəti əks etdirən fotoların yer aldığı plakatlar dəmir dirəklərlə yerə bərkidilib.

"Report"un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, yolun hər iki istiqamətində yerə bərkidilmiş plakatların üzərində ingilis dilində "Massively cut tress. Gubadly”, "Raw lime mines of Zangilan”, “Massively cut tress.Lachin”, “Burnt area with cut tress. Kalbajar”, “ District of Kalbajar, village ofHeyvaly”, “Gold and sulfide mines of Soyudlu (Zod). Kalbajar”, “Quartz-gold mine Vejnali. Zangilan”, “Lime mines of Dovlatyarli. Fuzuli” kimi sözlər yazılıb. 

Gənc könüllülər ermənilər tərəfindən ekoloji terrora məruz qalmış ərazilərimizi əks etdirən fotoların yer aldğı plakatlarla yaxından tanış olublar. Onlar öz aralarında ermənilər tərəfindən Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli və Laçının işğalı dövründə ərazilərimizdəki meşə massivlərinin məhv edilməsi, faydalı qazıntı yataqlarının istismar edilməsi barədə söhbətlər aparıblar. 

Plakatlar aksiya iştirakçılarının marağına səbəb olub. 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 29 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

14:25

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

"Report"un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, fasiləsiz dinc aksiya iştirakçıları bu gün günorta saatlarında həmişəki kimi, dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Şuşa şəhərində qar yağmağına baxmayaraq, əhvali-ruhiyyələri yüksək olan ekofəallar və gənc könüllülər üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!" "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər, milli vətənpərvərlik ruhunda mahnılar ifa edirlər.

Aksiya iştirakçıları davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunurlar.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Qeyd edək ki, gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 25 avtomobil maneəsiz hərəkət edib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 29 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi