Xaçmazda Vətən müharibəsi şəhidi Rəşid Mədinovun anım günü qeyd olunub.
"Report"un şimal bürosu xəbər verir ki, yaralı dostunu xilas edərkən şəhidlik zirvəsinə ucalan qəhramanımızın bu gün ildönümüdür. Bu münasibətlə şəhidin doğulub boya-başa çatdığı rayonun Yeni Həyat qəsəbəsində anım mərsimi keçirilib və onun əziz xatirəsi yad edilib.
Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşları , YAP Kürdəmir rayon təşkilatının aparat işçiləri, rayonun fəal gəncləri, ağsaqqalları və ziyalıları iştirak ediblər.
Məlumat üçün bildirək ki, Rəşid Mədinov 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində doğulub. Ailənin ilk övladı olan Rəşid uşaqlıqdan cəsur böyüyüb. 2015-2016-cı illərdə hərbi xidmətdə olarkən aprel döyüşlərində hünər göstərən Rəşid Mədinov Vətən muharibəsi başlayarkən yenidən Silahlı Qüvvələrimizin sıralarına qatılıb. Murovdağ, Aqdam və Füzuli istiqamətlərində gedən döyüşlərdə artilleriya atıcısı kimi düşmənə sarsıdıcı zərbələr endirib. Döyüş vaxtı ağır yaralanan əsgər yoldaşını çıxararkən özüdə şəhidlik zirvəsinə ucalıb.