Bu konfransda 300-dən çox qonağın iştirakı müzakirə olunan məsələlərin əhəmiyyətindən xəbər verir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun fikrincə, konfrans qlobal mina probleminin həllində və ətraf mühitə təsirin azaldılmasında səylərimizi səfərbər etmək üçün geniş imkanlar verəcək:
“1999-cu ildən bəri səmərəli əməkdaşlıq etdiyimiz uzunmüddətli strateji tərəfdaşımız olan BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıqda bu konfrans təkcə ölkəmiz üçün deyil, həm də regional və qlobal miqyasda mühüm əhəmiyyət kəsb edən mövzuya həsr olunub”.