Baş direktor: “BMqT keçmiş məcburi köçkünlərin qaytarılmasında Azərbaycana dəstək verməyə hazırdır”

Baş direktor: “BMqT keçmiş məcburi köçkünlərin qaytarılmasında Azərbaycana dəstək verməyə hazırdır” “Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtmasında Azərbaycana dəstək olmaq üçün lazımi təcrübəyə malikdir”.
Qarabağ
1 Mart , 2023 16:11
Baş direktor: “BMqT keçmiş məcburi köçkünlərin qaytarılmasında Azərbaycana dəstək verməyə hazırdır”

“Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtmasında Azərbaycana dəstək olmaq üçün lazımi təcrübəyə malikdir”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorino deyib.

“Bizim bu sahədə böyük təcrübəmiz var. Biz Azərbaycana dəstək verə, o cümlədən lazımi texniki dəstək göstərə bilərik”, - o bildirib.

Vitorinonun sözlərinə görə, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan arasında qurulmuş çox məhsuldar əməkdaşlıq təkcə miqrasiya məsələlərini əhatə etmir.

O, həmçinin Azərbaycanın beynəlxalq miqrasiya sistemində oynadığı mühüm rolu qeyd edib.

"Bu gün imzalanmış memorandum buna bir daha sübut edir. BMqT Azərbaycan hökuməti ilə əməkdaşlıqdan çox məmnundur", - baş direktor bildirib.

Son xəbərlər

Orphus sistemi