Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) arasında Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində Əməkdaşlıq Memorandumu imzalanıb.
“Report” xəbər verir ki, sənədi DMX rəisi Vüsal Hüseynovla Bakıda səfərdə olan BMqT-nin baş direktoru Antonio Vitorino imzalayıblar.
Bildirilib ki, bu memorandumun imzalanması mərkəzin gələcək fəaliyyətinin genişləndirilmiş tədris proqramı əsasında beynəlxalq səviyyədə təmin edilməsində mühüm addımdır.