Vətən Müharibəsində 77 dövlətin Ədliyyə nazirliklərinə, 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib

Vətən Müharibəsində 77 dövlətin Ədliyyə nazirliklərinə, 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib "Vətən Müharibəsi vaxtı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi ölkəmiz tərəfindən aparılan haqlı mübarizəni beynəlxalq tərəfdaşalara çatdırmaq üçün öz səlahiyyətləri çərçivəsində işlər görüb".
Qarabağ
17 May , 2021 16:00
Vətən Müharibəsində 77 dövlətin Ədliyyə nazirliklərinə, 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib
0 : 00
0 : 00

"Vətən Müharibəsi vaxtı Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi ölkəmiz tərəfindən aparılan haqlı mübarizəni beynəlxalq tərəfdaşalara çatdırmaq üçün öz səlahiyyətləri çərçivəsində işlər görüb".

“Report” xəbər verir ki, bunu Beynəlxalq əməkdaşlıq idarəsinin qrup rəhbəri Azər Cəfərov “Ədliyyə Nazirliyinin beynəlxalq fəaliyyəti” mövzusunda keçiriləcək onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, bu dövr ərzində nazirlik tərəfindən 77 dövlətin Ədliyyə nazirliklərinə, 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib:

“Məktublar erməni tərəfinin cinayətləri, onların acı nəticələri ilə bağlı olub. Müharibə dövründə Ermənistan tərəfi bir sıra cinayətlər törədib ki, bunlar həm uşaqlara, həm də mülki şəxslərə qarşı olub. Bunlarla bağlı ixtisaslaşmış qurumlara məktublar gedib”.

Son xəbərlər

Orphus sistemi