Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub

Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub 44 günlük Vətən müharibəsində şəhid olan mayor Ramid Hacıyevin anım mərasimi keçirilib.
Qarabağ
18 Oktyabr , 2021 13:30
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub

44 günlük Vətən müharibəsində şəhid olan mayor Ramid Hacıyevin anım mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, qazilər və Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

R.Hacıyevin şəhidlik zirvəsinə yüksəlməsinin birinci ildönümü münasibəti ilə onun İkinci Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidin əziz xatirəsi ehtiramla yad edilib və ruhuna dualar oxunub.

Ziyarət zamanı şəhidin döyüş yolu barədə söhbət açılıb.

Daha sonra şagirdlərin ifasında şəhidin xatirəsinə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Qeyd edək ki, Hacıyev Ramid Nəriman oğlu 1987-ci il fevral ayının 11-də Cəbrayıl rayonunun Mirək kəndində anadan olub. O, 2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə qəbul olub. 2005-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2009-cu ildə məktəbi motoatıcı ixtisası üzrə bitirib.

O, Vətən müharibəsi zamanı oktyabr ayının 16-da Suqovuşanda şəhid olub.

Ramid Hacıyevin nəşi 18 oktyabrda İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən Ramid Hacıyev ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib.

Video: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi