Uorlik: "Parisdəki sammit pozitiv addım idi"

Uorlik: "Parisdəki sammit pozitiv addım idi" Həmsədr göstərdiyi təşəbbüsə görə Fransa prezidenti Fransua Ollanda təşəkkür edib
Qarabağ
28 Oktyabr , 2014 12:19
Uorlik: Parisdəki sammit pozitiv addım idi

Bakı. 28 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə oktyabr ayının 27-də Parisdə keçirilən sammiti pozitiv addım kimi qiymətləndirir.

"Mən düşünürəm ki, Azərbaycan və Ermənistan prezidentləri Parisdəki sammitin pozitiv addım olması ilə razılaşacaqlar".

"Report"un verdiyi xəbərə görə, bu barədə C.Uorlik öz Twitter səhifəsində yazıb. Həmsədr görüşün təşkil olunmasında göstərdiyi təşəbbüsə görə Fransa prezidenti Fransua Ollanda təşəkkür edib.

Oktyabr ayının 27-də Parisdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə bir sıra görüşlər keçirilib. Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra Azərbaycan və Ermənistan prezidentləri və Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş baş tutub. Fransa, Azərbaycan və Ermənistan prezidentləri həmçinin üçtərəfli görüş də keçiriblər. 

Son xəbərlər

Orphus sistemi