UNICEF-in nümayəndəsi: “Qarabağda dağıntıların miqyası çox böyükdür”

UNICEF-in nümayəndəsi: “Qarabağda dağıntıların miqyası çox böyükdür” “Hər dəfə Azərbaycanın azad edilmiş ərazilərinə səfər edərkən aydın olur ki, həmin yerlərin bərpası üçün hələ nə qədər işlər görülməlidir, çünki dağıntıların miqyası çox böyükdür”.
Qarabağ
16 Mart , 2023 15:14
UNICEF-in nümayəndəsi: “Qarabağda dağıntıların miqyası çox böyükdür”

“Hər dəfə Azərbaycanın azad edilmiş ərazilərinə səfər edərkən aydın olur ki, həmin yerlərin bərpası üçün hələ nə qədər işlər görülməlidir, çünki dağıntıların miqyası çox böyükdür”.

“Report” xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin müavini Uilyam Əbi Abdullah Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib.

O qeyd edib ki, UNICEF Azərbaycanla bir sıra layihələr üzrə əməkdaşlıq edir.

Onun sözlərinə görə, BMT-nin Uşaq Fondu selektiv abortlarla bağlı problemin həllində, həmçinin məişət zorakılığı ilə mübarizədə Azərbaycana dəstək verməyə hazırdır: “Azərbaycanla əməkdaşlıqda bu məsələlər də gündəmdədir”.

Son xəbərlər

Orphus sistemi