UNDP ANAMA-nın minatəmizləmə üzrə qabaqcıl təcrübə mərkəzinə çevrilməsinə kömək edir

UNDP ANAMA-nın minatəmizləmə üzrə qabaqcıl təcrübə mərkəzinə çevrilməsinə kömək edir "UNDP ANAMA-nın minatəmizləmə üzrə qabaqcıl təcrübə mərkəzinə çevrilməsinə kömək edir".
Qarabağ
12 Aprel , 2022 12:20
UNDP ANAMA-nın minatəmizləmə üzrə qabaqcıl təcrübə mərkəzinə çevrilməsinə kömək edir

"UNDP ANAMA-nın minatəmizləmə üzrə qabaqcıl təcrübə mərkəzinə çevrilməsinə kömək edir".

“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı müvəqqəti işlər vəkili Suhrob Hocimatov bildirib.

“ANAMA böyük təcrübəyə malikdir və biz onu regionda qabaqcıl təcrübə mərkəzinə çevirmək istəyirik. Bu, o deməkdir ki, ANAMA başqa ölkələrlə öz təcrübəsini bölüşəcək. Artıq Türkiyə və Kambocadan olan ekspertlərlə razılığa gəlmişik. Onlar birgə təcrübə mübadiləsi mərkəzinin yaradılmasına razılıqlarını ifadə ediblər”, - o deyib.

Onun sözlərinə görə, təşkilat 1998-ci ildən etibarən ANAMA ilə işləyir və bu əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi planlaşdırılır.

“Bu yaxınlarda minatəmizləmə fəaliyyətinə həsr olunmuş konfrans keçirilib. Konfransda 37-dən çox ölkədən ekspertlər, 150-dən çox iştirakçı qatılıb. Konfransın yekunları əsasən ANAMA üçün minatəmizləmə üzrə yol xəritəsini əks etdirən sənəd qəbul etdik. Bu yol xəritəsində dronların tətbiqi ilə ən son texnologiyalardan istifadə etməklə yeni minatəmizləmə standartları əksini tapacaq. Çünki köhnə üsullardan istifadə çox vaxt aparır”, - S.Hocimatov bildirib.

UNDP nümayəndəsi mina riskləri və təhlükəsinin izah edildiyi tədris prosesinə böyük diqqət ayrıldığını deyib.

Son xəbərlər

Orphus sistemi