Ukrayna XİN: Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır

Ukrayna XİN: Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən dərin narahatlığını ifadə edən bəyanat yayıb.
Qarabağ
13 İyul , 2020 22:10
Ukrayna XİN: Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır
0 : 00
0 : 00

Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən dərin narahatlığını ifadə edən bəyanat yayıb.

"Report" xəbər verir ki, bəyanatda deyilir:

"Münaqişə tərəflərini vəziyyətin deeskalasiyası və münaqişənin həlli yollarını hamının qəbul etdiyi prinsiplər və beynəlxalq hüquq normaları, o cümlədən 1993-cü ildə BMT Təhükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 sayı qətnamələri əsasında axtarışın davam etməsi üçün maksimal səy göstərməyə çağırırıq. 

Ukrayna tərəfi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır" .

Son xəbərlər

Orphus sistemi