UABD sədri: “Sülhməramlılar Azərbaycanın təbii sərvətlərinin talanmasına himayədarlıq edir”

UABD sədri: “Sülhməramlılar Azərbaycanın təbii sərvətlərinin talanmasına himayədarlıq edir” “Rusiya sülhməramlıları Azərbaycanın təbii sərvətlərinin talanmasına himayədarlıq edirlər”.
Qarabağ
27 Dekabr , 2022 14:51
UABD sədri: “Sülhməramlılar Azərbaycanın təbii sərvətlərinin talanmasına himayədarlıq edir”

“Rusiya sülhməramlıları Azərbaycanın təbii sərvətlərinin talanmasına himayədarlıq edirlər”.

"Report" xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov Kiyevdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə Azərbaycanın təbii sərvətlərinin talanması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır və bu xalqların taleyi çox oxşardır.

UABD rəhbəri fevral ayında müharibə başlayandan sonra Azərbaycanın daim Ukraynaya humanitar yardım etdiyini xatırladıb: "Azərbaycan xalqı Ukraynanı yaxşı anlayır və dəstəkləyir. Azərbaycanlılar Ukrayna xalqına kömək etmək üçün bu ölkənin Bakıdakı səfirliyi qarşısında növbələr yaratmışdılar. Baş verənlərə görə adamın ürəyi ağrıyır, lakin hamı bu müharibədə Ukraynanın qələbəsinə inanır”.

H.Cavadovun sözlərinə görə, hazırda sülhməramlılar rəsmi Bakı ilə İrəvan arasında münasibətlərini normallaşmaması üçün hər şeyi edirlər, çünki bu halda Moskva regiona təzyiq vasitələrini əlində saxlayacaq.

O, daha sonra təşkilatın bəyanatını oxuyub. Bəyanatda Ermənistanın manipulyasiya etmək üçün dezinformasiyadan istifadə etdiyi, Ukraynada isə çox adamın münaqişənin əsl həqiqətləri barədə xəbərsiz olduğu qeyd olunub.

"Ermənistan işğal illərində törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmayıb, ona qarşı heç bir sanksiya tətbiq edilməyib", - UABD sədri vurğulayıb.

Diaspor rəhbəri dost Ukraynadan məsələyə anlaşma ilə yanaşmağı və həqiqəti əks etdirən məlumatlar yaymağı xahiş edib.

H.Cavadov Ukrayna mətbuatına müraciət edərək onların dərc etdikləri bəzi xəbərlərin separatizmi təbliğ etdiyini nəzərə çatdırıb. “Qəribədir ki, bu, separatizmdən əziyyət çəkən bir ölkədə baş verir. Ukrayna mətbuatını məlumat dərc edərkən daha diqqətli olmağa çağırıram".

Son xəbərlər

Orphus sistemi