Azərbaycan Müdafiə nazirinin müavinləri - Əlahiddə Ümumqoşun Ordunun komandanı general-polkovnik Kərəm Mustafayev və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir ilə görüşü olub.
“Report” xəbər verir ki, bu barədə komitə sədri “Twitter” səhifəsində məlumat paylaşıb.
“İki qardaş ölkənin bir daha tək ürək olduğunu bütün dünyaya göstərməyimizin lazım olduğu dönəmdə müdafiə sənayesində də əməkdaşlıq məsələlərimizi müzakirə etdik. Müdafiə sənayemiz silahlı PUA-larımızdan tutmuş silah-sursatlarımız və raketlərimizə, elektron hərbi sistemlərimizədək bütün təcrübə, texnologiya və imkanları ilə hər zaman Azərbaycanın əmrindədir. Azərbaycan Ordusuna yeni sistem qazandırmaqla yanaşı, mövcud sistemlərin modernləşməsi, təmiri və təlim məsələlərində birlikdə çalışacağıq. Bir millət - iki dövlət!”, - o qeyd edib.