Qazi və şəhid övladlarının müayinəsi üçün Türkiyədən Azərbaycana həkim briqadası gəlib

Qazi və şəhid övladlarının müayinəsi üçün Türkiyədən Azərbaycana həkim briqadası gəlib Türkiyədən gələn tibbi heyət Bakıda qazilərimizi qəbul edib
Qarabağ
25 Fevral , 2022 11:49
Qazi və şəhid övladlarının müayinəsi üçün Türkiyədən Azərbaycana həkim briqadası gəlib

Fevralın 24-ü Türkiyənin ən böyük xəstəxanalarından olan “VM Medikal Park” xəstəxanasının tibbi heyətinin həkim briqadası ölkəmizə gəlib.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildririlib ki, onların arasında beyin cərrahı, plastik-estetik cərrah və uşaq hematoloqu yer alıb.

Həkimlər Türkiyədə əməliyyat olunan, müalicəsini uğurla tamamlayaraq ölkəyə qayıdan 20 qazimizi və bir şəhid övladını müayinə ediblər. Qazilərimizin Türkiyədəki əməliyyatını da məhz həmin həkimlər həyata keçirib.

Həkimlərlə görüş zamanı onlara “YAŞAT” Fondunun təqvimi, plaketi və jurnalı hədiyyə olunub.

“YAŞAT” Fondu 2021-ci ilin fevral ayından etibarən həkim rəyinə əsasən qazilərimizin əməliyyat və müalicəsini qardaş ölkə Türkiyə Respublikasında həyata keçirir. Bu günə kimi 165 qazimiz Türkiyədə ixtisaslaşmış müxtəlif xəstəxanalarda əməliyyat və müalicə olunub, onlardan 119-u müalicəsini tamamlayaraq ölkəyə qayıdıb. Hazırda 46 ağır yaralı qazimizin müalicəsi Türkiyədə davam etdirilir. Onların sağlamlığı və digər ehtiyacları ilə bağlı məsələ Fondun nəzarətindədir.

Son xəbərlər

Orphus sistemi