Bakı. 26 fevral. REPORT.AZ/ “Xocalı qətliamını və Azərbaycan torpaqlarının illərdir işğal altında saxlanılmasını kəskin şəkildə qınayırıq”.
“Report” xəbər verir ki, bu fikirlər Türkiyə Xairici İşlər Nazirliyinin Xocalı soyqırımının 26-cı ildönümüm ilə əlaqədar yaydığı bəyantda vurğulanıb.
“Azərbaycan torpaqlarının beşdə biri hələ də Ermənistanın işğalı altındadır. Bir milyondan çox azərbaycanlı öz ölkəsində qaçqın kimi yaşayır.
Türkiyə olaraq, azərbaycanlı qardaşlarımızın 26 il əvvəl Xocalıda məruz qaldıqları qanlı hücumları və qətliamı hər zaman qəlbimizin ən dərinliyində hiss edir və onların ağrı-acılarını bölüşürük. Bu faicədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün azərbaycanlı qardaşlarımıza bir daha ən səmimi başsağlığımızı veririk”.