Türkiyə Silahlı Qüvvələri Azərbaycana dəstəyini davam etdirəcək

Türkiyə Silahlı Qüvvələri Azərbaycana dəstəyini davam etdirəcək İşğaldan azad edilən Azərbaycan ərazilərinin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı Qüvvələri dəstəyini davam etdirəcək.
Qarabağ
3010
20 Dekabr , 2020 15:57
Türkiyə Silahlı Qüvvələri Azərbaycana dəstəyini davam etdirəcək

İşğaldan azad edilən ərazilərin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı Qüvvələri Azərbaycana dəstəyini davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan mətbuat bülletenində məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Ordusuna dəstək məqsədilə 135 nəfərdən ibarət iki Xüsusi Mina Təmizləmə qrupu mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir. Digər partlayıcıların kəşfiyyatı və məhv edilməsi üçün hər birində 4 nəfər olmaqla 12 komanda və 64 personal isə təlim-tədrisə dəstək verir.

“ Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda Ağdamda fəaliyyətə başlaması üçün əməkdaşlığımız Azərbaycan və Rusiyanın koordinasiyasında davam etməkdədir”.

Son xəbərlər

Orphus sistemi