Bakı 19 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Nikol Paşinyana Ermənistanın Baş naziri təyin olunması ilə əlaqədar təbrik məktubu göndərib.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, o, məktubunda N.Paşinyanı Baş nazir təyin edilməsi və siyasi blokunun 2018-ci il dekabr ayında keçirilmiş parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
"Birlikdə biz ticarət və iqtisadi əlaqələri dərinləşdirmək üçün səylərimizi inkişaf etdirə bilərik", - D.Tramp yazıb.
ABŞ lideri qeyd edib ki,
Xatırladaq ki, yanvarın 14-də Nikol Paşinyan ölkə Prezidenti Armen Sarkisyan tərəfindən Baş nazir təyin olunub. Ötən il dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə, Paşinyanın bloku 132 mandatdan 88-ni qazanıb.