Taras Kuzio: "Ağdam Cənubi Qafqazın “Hiroşima”sıdır"
Taras Kuzio: "Ağdam Cənubi Qafqazın “Hiroşima”sıdır"“Əvvəllər işğal altında olmuş bu bölgədə bir dənə də olsun pəncərə, qapı və ya dam tapa bilməzsiniz”
“Cənubi Qafqazın “Hiroşima”sı, Qarabağın Ağdam şəhəri 27 illik erməni işğalı zamanı tamamilə talan edilib və dağıdılıb”.
“Report” xəbər verir ki, bunu Ukraynanın “Kiyev-Mohıla Akademiyası” Milli Universitetinin professoru Taras Kuzio tvitter səhifəsində yazıb.
“Əvvəllər işğal altında olmuş bu bölgədə indi nə pəncərə, nə qapı, nə də dam tapa bilməzsiniz”, - o deyib.
Xatırladaq ki, Taras Kuzio ADA Universitetinin aprelin 13-də təşkil etdiyi “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransında iştirak edib.
The " Hiroshima" of the South Caucasus: Agdam, Karabakh, which was completely vandalised, destroyed and looted over 27 years of Armenian occupation. You will not find a single window, door or roof anywhere in the former occupied region. pic.twitter.com/Z2JbtpioLp