Şuşa sakini: "Şuşaya gələn kimi torpağa səcdə edib namaz qıldım"

Şuşa sakini: "Şuşaya gələn kimi torpağa səcdə edib namaz qıldım" "Şuşa bizim 30 ildir əsir qalan qeyrətimiz idi. Şükürlər olsun ki, bu gün Üzeyir vətəni Şuşaya üzüağ, alnıaçıq gəlmişik".
Qarabağ
18 Sentyabr , 2021 14:43
Şuşa sakini: Şuşaya gələn kimi torpağa səcdə edib namaz qıldım

"Şuşa bizim 30 ildir əsir qalan qeyrətimiz idi. Şükürlər olsun ki, bu gün Üzeyir vətəni Şuşaya üzüağ, alnıaçıq gəlmişik".

Bunu "Report"a açıqlamasında Şuşa sakini Telman Quliyev deyib.

Qarabağ müharibəsinin iştirakçısı olan T.Quliyev bildirib ki, onun qardaşı da Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub: "Bu torpaqların azad olması bizi öz mənəvi kimliyimizə qovuşdurdu. Şuşaya ayaq basanda yaşadığım hissləri sözlərlə ifadə etmək çox çətindir. Ayağım doğma yurduma dəyən kimi əyilib torpağı öpdüm. Burada, Üzeyirin heykəlinin qarşısında keçirilən bu tədbir bizim qayıdışımızın böyük simvoludur. Ona görə də festival davam edərkən şükür namazı qılmağı özümə borc bildim".

Qeyd edək ki, beynəlxalq musiqi festivalı çərçivəsində Şuşaya bu gün həm də bir qrup şuşalı gəlib.

Son xəbərlər

Orphus sistemi