Şuşada "Gizli ölüm toxumları" kitabı barədə məlumat verilib

Şuşada "Gizli ölüm toxumları" kitabı barədə məlumat verilib "Kitabın nəşrində məqsəd Azərbaycanın mina ilə bağlı həqiqətlərini dünyaya çatdırmaqdır".
Qarabağ
7 Fevral , 2023 17:22
Şuşada Gizli ölüm toxumları kitabı barədə məlumat verilib

"Gizli ölüm toxumları" kitabının nəşrində məqsəd Azərbaycanın mina ilə bağlı həqiqətlərini dünyaya çatdırmaqdır".

"Report" xəbər verir ki, bunu Şuşada Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən tədbir zamanı jurnalistlərə açıqlamasında “İrs” jurnalının baş redaktoru, “İrs” nəşriyyat evinin rəhbəri Musa Mərcanlı deyib.

Onun sözlərinə görə, artıq son 10 ildə “İrs” nəşriyyat evində 20-dən çox kitab nəşr edilib ki, bu kitablardan dördü birbaşa Qarabağa aiddir:

"Biz əcnəbi jurnalistlərlə birgə işğaldan azad edilmiş bütün ərazilərə səfər etmişik. Həmin kollektiv 6 ölkədən olan mütəxəssislərdən ibarətdir. Ərazilərimizi gəzdikcə bir şeydən əmin olduq ki, ermənilər Azərbaycan torpaqlarını təkcə işğal edib, dağıtmayıblar, həm də burada gizli ölüm toxumları səpiblər. Hansı ki, həmin toxumlar indi cücərən minalardır".

"Ermənilər Qarabağ və ətraf rayonları elə bir hala salıblar ki, xalqımızın öz yurduna qayıdışı daha da çətinləşsin. Çünki hər addımda, hər qarışda ermənilərin basdırdığı minalar təhlükə saçır. Dəfələrlə sözügedən problemlə əlaqədar çətinliklərlə rastlaşmışıq. Hətta bizim ilk hərəkət etdiyimiz marşrut üzrə mina aşkarlanıb və zərərsizləşdirilib. Bir sözlə, yaşanan bu və bu kimi hadisələrin şəxsən şahidi olmuşuq. Həmin anları çəkən xarici jurnalistlər nəhayət belə qərara gəldilər ki, gördükləri həqiqətləri Azərbaycandan kənarda yaysınlar. Bununla da "Gizli ölüm toxumları" adlı kitab ərsəyə gəldi"-, baş redaktor qeyd edib.

M.Mərcanlı nəzərə çatdırıb ki, kitab üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr olunub:

"Kitab həm də təbliğat vasitələri üçün bir vasitədir. Mina terroru ermənilərin torpaqlarımızı boz, yaşanılmayan bir əraziyə çevirmək istiqamətində həyata keçirdiyi təxribatdır. Lakin Azərbaycanın qəhrəman minatəmizləyənləri erməni təxribatının qarşısını almaq üçün əllərindən gələni edirlər. Biz onların qısa müddət ərzində gördüyü böyük işlərin və fədakarlığın şahidi oluruq. Konfransda həmin kitabı göstərməkdə əsas hədəfimiz azərbaycanlıların əlində ölkədən kənarda Azərbaycan həqiqətlərini təbliğ etməsi üçün lazımi vasitə olduğunu göstərməkdir".

Son xəbərlər

Orphus sistemi