Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları “Mina terroruna son!” şüarı səsləndirirlər

Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları “Mina terroruna son!” şüarı səsləndirirlər Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 7 nəfərin yaralanması, bir nəfərin şəhid olması hadisəsi ilə bağlı şüarlar səsləndirirlər.
Qarabağ
15 Dekabr , 2022 16:00
Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları “Mina terroruna son!” şüarı səsləndirirlər

Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 7 nəfərin yaralanması, bir nəfərin şəhid olması hadisəsi ilə bağlı şüarlar səsləndirirlər.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, Ermənistanın mina terroru ilə bağlı məsələ də aksiya iştirakçılarının diqqət mərkəzindədir.

Onlar aksiyada “Mina terroruna son!” şüarı səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi