Skandinaviya ölkələrindən məşhur səyahətçilərin Qarabağa səfəri başlayıb

Skandinaviya ölkələrindən məşhur səyahətçilərin Qarabağa səfəri başlayıb Mayın 11-də İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Qarabağ
11 May , 2023 09:46
Skandinaviya ölkələrindən məşhur səyahətçilərin Qarabağa səfəri başlayıb

Mayın 11-də İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

“Report” xəbər verir ki, qonaqlar əvvəlcə Füzuli rayonuna gediblər.

Nümayəndə heyəti burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlar işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olacaq. Səyahətçilərin Füzulidə minatəmizləmə prosesini də izləməsi nəzərdə tutulur.

Səyahətçilər Füzulidən sonra Xocavənd rayonundakı Azıx mağarasına baş çəkəcəklər.

Onlar daha sonra Ağdam rayonuna gedəcəklər, Suqovuşanda olacaqlar, Talışa köçürülən ailələrə baş çəkəcəklər. 

Qrupa “Club 100”ün İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik edir. Bu nüfuzlu regional klub yalnız Skandinaviyaəsilli beynəlxalq səyahətçiləri birləşdirməsi ilə tanınır.

Xatırladaq ki, daha əvvəl ETIC, MTP, TCC, “NomadMania” kimi dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil edilib. Artıq ötən 2 il ərzində Qarabağ və Şərqi Zəngəzura 6 səfər təşkil olunub. Bununla da, dünyaca tanınmış 200-dən çox səyahətçi Qarabağ və Şərqi Zəngəzurla yerində tanış olmaq imkanı əldə edib. 

Son xəbərlər

Orphus sistemi