Siyasi analitik Elxan Şahinoğlunun "Aprel atəş(kəs)i" kitabının təqdimatı olub

Siyasi analitik Elxan Şahinoğlunun "Aprel atəş(kəs)i" kitabının təqdimatı olub Müəllif: "Biz 22 ildən sonra öz gücümüzü düşmənə göstərə bildik"
Qarabağ
137
3 Aprel , 2017 12:17
Siyasi analitik Elxan Şahinoğlunun Aprel atəş(kəs)i kitabının təqdimatı olub
Report.az

Bakı. 3 aprel. REPORT.AZ/ Siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun "Aprel atəş(kəs)i" kitabının təqdimatı olub.

"Report" xəbər verir ki, müəllif kitabın Qarabağ savaşında həlak olanların xatirəsinə həsr olunduğunu bildirib.

O, bu kitabın üçüncü, Dağlıq Qarabağ mövzusunda isə ikinci kitabı olduğunu bildirib: "2016-cı il yaddaqalan il oldu. Cəbhə bölgəsində dördgünlük aprel döyüşləri Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratdı. Biz 22 ildən sonra öz gücümüzü düşmənə göstərə bildik. Onların bizimlə bağlı qurduğu mifi dağıda bildik. Əgər strateji yüksəkliyi geri qaytarmaq və 20 ildən çox boş qalan kəndi məskunlaşdırmaq mümkündürsə, işğal altındakı başqa əraziləri də azad etməyə gücümüz çatar".

E.Şahinoğlu qeyd edib ki, aprel savaşından sonra böyük dövlətlərin işğalçı Ermənistana təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına olan ümidlər özünü doğrultmadı.

Qeyd edək ki, kitab bu il 250 tirajla "Qanun" nəşriyyatında çapdan çıxıb.

Son xəbərlər

Orphus sistemi