Şirkət direktoru: “İkinci Qarabağ müharibəsi Pakistan ilə Azərbaycanı yaxınlaşdırdı”

Şirkət direktoru: “İkinci Qarabağ müharibəsi Pakistan ilə Azərbaycanı yaxınlaşdırdı” “İkinci Qarabağ müharibəsi Pakistan ilə Azərbaycanı bir-birinə daha da yaxınlaşdırdı”.
Qarabağ
7 Dekabr , 2022 14:08
Şirkət direktoru: “İkinci Qarabağ müharibəsi Pakistan ilə Azərbaycanı yaxınlaşdırdı”

“İkinci Qarabağ müharibəsi Pakistan ilə Azərbaycanı bir-birinə daha da yaxınlaşdırdı”.

Bunu “Report”a müsahibəsində Qlobal Biznes Alyansının (Global Business Alliance) sədri, “Belt and Road Consultans Pvt Ltd” şirkətinin baş direktoru Məhəmməd Asif Nur deyib.

“Pakistan və Türkiyə bu müharibədə Azərbaycana dəstək verdi və həm mənəvi, həm də strateji cəhətdən hər cür kömək etdi. Bu müharibə həm də Pakistan və Azərbaycanı bir-birinə daha da yaxınlaşdırdı. Mən Azərbaycanı gəzəndə, yerli sakinlərin Pakistana böyük hörmət və hüdudsuz məhəbbət göstərdiklərinin şahidi olurdum”, - o bildirib

M.A.Nur vurğulayıb ki, bu yaxınlarda Fransa Milli Assambleyasında və Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə Avropanın müxtəlif ölkələrində, o cümlədən Fransada erməni diasporunun güclü lobbiçiliyinin nəticəsidir: "Hesab edirəm ki, bu, yersiz qətnamədir, çünki Avropa İttifaqı iki dövləti dialoqa və danışıqlara çağırır. Bu, sülh prosesinə təhlükə yarada bilər”.

Son xəbərlər

Orphus sistemi