“Xocalı soyqırımı heç vaxt unudulmayacaq böyük, dəhşətli faciədir”.
Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, jurnalist, teleaparıcı və ictimai xadim Maksim Şevçenko deyib.
Rusiyalı politoloq hesab edir ki, Xocalı soyqırımının təşkilatçıları cəzalandırılmalıdır: “Xocalı soyqırımı ilə bağlı olan hər kəs müddətdən asılı olmayaraq tapılıb məhkəməyə verilməlidir. Ümid edirəm ki, Azərbaycan prokurorluğu və istintaq komitəsi heç vaxt bu işi bağlamayacaq”.
“Yalnız milli mənsubiyyəti, dili, dini fərqli olduğuna görə başqa insanların qətliamını təşkil edə bilən insanlar təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin qarşısında cinayətkardırlar. Xocalı qurbanları mənim də qəlbimdə, canımda qurbanlardır, Xocalı qətliamını təşkil edən qatillər isə Rusiya üçün də cinayətkardırlar, onlar cəzalandırılmalıdırlar. Bilin ki, Rusiyanın belə bir mövqeyi var və biz həmişə ona sadiq qalacağıq”, - Şevçenko bildirib.