Serbiyalı səyahətçi: "Xocalı faciəsi Balkanlardakı qırğını xatırladır"

Serbiyalı səyahətçi: "Xocalı faciəsi Balkanlardakı qırğını xatırladır" “Xocalı faciəsi Balkanlardakı müharibənin qırğınlarını xatırladır”.
Qarabağ
17 Fevral , 2022 18:29
Serbiyalı səyahətçi: Xocalı faciəsi Balkanlardakı qırğını xatırladır

“Xocalı faciəsi Balkanlardakı müharibənin qırğınlarını xatırladır”.

Bunu “Report”a 21 ölkədən olan həmkarları ilə birgə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən serbiyalı səyyah Corce Radinoviç Kapraloviç bildirib.

“Bu ərazilərin inkişafını, bərpa işlərini görüb, bəzi tarixi məsələlərə cavab tapmaq üçün gəlmişəm”, - səyahətçi deyib.

Onun fikrincə, Qarabağın zəngin təbii ehtiyatları bölgənin inkişafı üçün əlverişlidir.

Xatırladaq ki, fevralın 16-da bir qrup əcnəbi səyyahın Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində həmin yerlərin tarixi, mədəniyyət abidələri, ermənilərin işğal dövründə törətdikləri dağıntılar, hazırda aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq nəzərdə tutulur.

Ötən gün Ağdam və Şuşada olmuş qrup bu gün Kəlbəcər və Laçına baş çəkib.

Son xəbərlər

Orphus sistemi