Serbiya nümayəndəsi: “Edillidə gördüklərim insanlıq üçün çox kədərlidir”

Serbiya nümayəndəsi: “Edillidə gördüklərim insanlıq üçün çox kədərlidir” “Qarabağda bütün bu dağıntıları görmək üzücüdür, Edilli kəndi isə insanlıq və bəşəriyyət üçün faciəvi yerdir”.
Qarabağ
15 Oktyabr , 2022 17:21
Serbiya nümayəndəsi: “Edillidə gördüklərim insanlıq üçün çox kədərlidir”

“Qarabağda bütün bu dağıntıları görmək üzücüdür, Edilli kəndi isə insanlıq və bəşəriyyət üçün faciəvi yerdir”.

"Report"un Xocavənd rayonunun Edilli kəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu bu gün digər ölkələrin nümayəndələri ilə birgə Xocavənd rayonunun erməni işğalından azad edilmiş Edilli kəndinə səfər edən Serbiyadan olan nümayəndə Srcan Budimiç deyib.

“Bütün bunları (Edillidə) görəndə çox kədərlənirəm. Mən sülhə inanıram, amma burada gördüklərim insanlıq, humanizm üçün çox kədərlidir”, - o bildirib.

S.Budimiç qeyd edib ki, bu, onun Azərbaycana ilk gəlişi deyil:

“Hər dəfə qayıdanda burada gördüklərimi paylaşıram və bütün mümkün yollarla bu barədə danışmağa çalışıram. Təbii ki, Edillidə gördüklərim barədə də danışacağam”.

“Mən daha əvvəl Ağdamda olmuşam. Oradakı dağıntıları görmək çox ağrılı idi”, - o əlavə edib.

Qeyd edək ki, oktyabrın 15-də xarici ekspertlərdən və QHT nümayəndələrindən ibarət nümayəndə heyəti Xocavənd rayonunun erməni işğalından azad edilmiş Edilli kəndində olub. Heyətin tərkibinə Çexiya, Niderland, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT nümayəndələri daxildir.

İşğaldan azad edilmiş Edilli kəndində sentyabrın sonunda daha bir kütləvi məzarlıq tapılıb. Məzarlıqda ölümündən əvvəl əlləri və ayaqları məftillə bağlanmış 12 nəfərin, ehtimal ki, azərbaycanlı hərbçilərin qalıqları aşkar edilib.

Son xəbərlər

Orphus sistemi