Bakı. 13 may. REPORT.AZ/ Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində (Talış yüksəkliyində) gedən döyüşlərdə şəhid olan Səbuhi Rafael oğlu Musayevin "İgidliyə görə" medalı bu gün onun 6 yaşlı oğlu Fərid Musayeva təqdim edilib.
"Report"un xəbərinə görə, bu münasibətlə Bərdə rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bundan başqa, "Lələtəpə" yüksəkliyi işğaldan azad edilərkən şəhid olan baş leytenant Ziya Həsənovun Müdafiə Nazirliyi tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı onun atası Niyazi Həsənova təqdim olunub.



