Şəhid İlqar Mirzəyevin ailəsinə “Azərbaycanın Milli Qəhrəmanı” medalı təqdim olundu

Şəhid İlqar Mirzəyevin ailəsinə “Azərbaycanın Milli Qəhrəmanı” medalı təqdim olundu Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik İlqar Mirzəyevin təltif olunduğu “Azərbaycanın Milli Qəhrəmanı” medalı ailəsinə təqdim edilib.
Qarabağ
2 İyul , 2021 14:31
Şəhid İlqar Mirzəyevin ailəsinə “Azərbaycanın Milli Qəhrəmanı” medalı təqdim olundu

Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik İlqar Mirzəyevin təltif olunduğu “Azərbaycanın Milli Qəhrəmanı” medalı ailəsinə təqdim edilib.

“Report” xəbər verir ki, təqdimetmə mərasimi Xətai Rayon İcra Hakimiyyətində keçirilib.

Mərasimdə Xətai RİH başçısı Rafiq Quliyev medalı şəhidin oğlu Elvin Mirzəyevə təqdim edib.

Qeyd edək ki, İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani rayonunda anadan olub.

İ.Mirzəyev ötən ilin iyulun 14-də səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən ön xəttdə şəhid olub. Onun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

2020-ci ilin dekabrın 9-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla polkovnik İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Son xəbərlər

Orphus sistemi