Şəhid anası: "Torpaqlarımız işğalda olanda hərbçi olduğunu deməyə utanırdı"

Şəhid anası: "Torpaqlarımız işğalda olanda hərbçi olduğunu deməyə utanırdı" “Report”un əməkdaşları şəhidin evinə baş çəkib, ailə üzvləri ilə həmsöhbət olub
Qarabağ
17 Fevral , 2021 15:05
Şəhid anası: Torpaqlarımız işğalda olanda hərbçi olduğunu deməyə utanırdı

Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canını və qanını əsirgəməyən qəhrəmanlarımızdan biri də Vüqar Sarıyevdir.

Vüqar Fikrət oğlu Sarıyev 1990-ci il noyabrın 26-da Biləsuvar rayonunun Amankənd kəndində dünyaya gəlib. Amankənd kənd orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Peşə məktəbində təhsilini davam etdirib. O, həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə müddətdən artıq hərbi xidmətçi kimi Goranboy rayonunda yerləşən N saylı Hərbi Hissədə, bir müddətdən sonra isə Murovdağ yüksəkliyində Vətənə xidmət edib.
Ailəli idi, 3 övladı yadigar qaldı.

“Report”un Muğan bürosunun əməkdaşları şəhidin Biləsuvar rayonunun Amankənd kəndindəki evinə baş çəkib, ailə üzvləri ilə həmsöhbət olublar.

Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulan Vüqar Sarıyev Murovdağ, Talış kəndi, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə Suqovuşan istiqamətində gedən ağır döyüşlər zamanı döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Vüqar Sarıyev uğurlu hərbi əməliyyatlara görə, ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi