Azərbaycanın Fransadakı səfirliyi erməni və qeyri-erməni mənşəli Fransa vətəndaşlarının Dağlıq Qarabağ bölgəsində törədikləri müharibə cinayətlər ilə əlaqədar istintaq aparılması üçün bu ölkənin müvafiq hüquq-mühafizə orqanlarına müraciət edib.
"Report"un yerli bürosu xəbər verir ki, səfirlik beynəlxalq və regional təhlükəsizlik üçün böyük təhlükə yaradan bu şəxslərin hərəkətlərinə hüququ qiymətin verilməsi məqsədilə istintaq aparılması üçün Respublika Prokurorluğu və Fransanın Terrorizmlə Mübarizə üzrə Milli Prokurorluğuna müraciət edib.
Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağda apardığı hərbi əməliyyatlar zamanı Fransa mətbuatında erməni və qeyri-erməni mənşəli fransız muzdlulardan bir neçəsinin işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən vuruşmaq üçün bu ölkəyə getdikləri haqqında çoxsaylı məlumatlar yayılmışdı.