“Laçında infrastruktur və yaşayış binaları ən yüksək beynəlxalq standartlara uyğun bərpa olunub”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev bildirib.
“Laçına getmək və hər şeyi gözlərimlə görmək fürsətinə görə minnətdaram. Bilirik ki, Laçın uzun illər ərzində işğal altında olub və bu gün burada dinc həyatın olmasını göstərən dəyişiklikləri görmək çox sevindiricidir”, - o vurğulayıb.
Diplomat qeyd edib ki, Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı səfərləri zamanı Qırğızıstanın infrastruktur layihələrinin həyata keçirilməsində iştirakda maraqlı olduğu dəfələrlə ifadə olunub.
Onun sözlərinə görə, ölkəsi şirkətlərinin bu prosesdə iştirakında maraqlıdır.
Qırğızıstan səfiri Zəngəzur dəhlizinin xüsusi logistik imkanlara malik olduğunu qeyd edib.