Salyanda “Qarabağ” ordenli şəhidin adına xatirə bulağı istifadəyə verilib

Salyanda “Qarabağ” ordenli şəhidin adına xatirə bulağı istifadəyə verilib Salyan rayonunda şəhid mayor Hüseynağa Salman oğlu Balıyevin adına xatirə bulağının açılışı olub.
Qarabağ
30 Sentyabr , 2021 15:52
Salyanda “Qarabağ” ordenli şəhidin adına xatirə bulağı istifadəyə verilib

Salyan rayonunda şəhid mayor Hüseynağa Salman oğlu Balıyevin adına xatirə bulağının açılışı olub.

“Report”un Aran bürosu xəbər verir ki, açılış mərasimində şəhidin ailə üzvləri, Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə H.Balıyevin qısa, lakin şərəfli, qəhrəmanlıqla dolu həyatından söz açılıb. Onun işğal altında olan torpaqlarımızın azad edilməsində göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə nümunə olacağı xüsusi vurğulanıb.

Sonra şagirdlər Vətənə, qəhrəmanlığa aid şeirlər söyləyiblər.

Sonda şəhidin məzarı ziyarət olunub, məzarın üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Hüseynağa Salman oğlu Baliyev 1987-ci ildə Salyan rayonunun Stansiya yaşayış massivində doğulub. Heydər Əliyev adına məktəbin məzunu olan H.Balıyev Vətən müharibəsi başlanan gün komandiri olduğu taborun əsgərləri ilə birgə Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib. Oktyabrın 8-də Xocavəndin Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi