Sabirabadda Vətən müharibəsi şəhidlərinin Anım Günü keçirilib

Sabirabadda Vətən müharibəsi şəhidlərinin Anım Günü keçirilib Sabirabadda Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Qarabağ
28 Sentyabr , 2022 18:27
Sabirabadda Vətən müharibəsi şəhidlərinin Anım Günü keçirilib

Sabirabadda Vətən müharibəsi şəhidlərinin Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

"Report" xəbər verir ki, Anım Gününə həsr olunmuş silsilə tədbirlərdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, hərbçilər, ziyalılar, ağsaqqallar, din xadimləri, gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Anım tədbirinin iştirakçıları öncə Şəhidlər xiyabanını ziyarət edib, önünə gül-çiçək dəstələri düzmüş və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Anım Günü münasibətilə Sabirabad rayonunda ağacəkmə aksiyası təşkil olunub. Sabirabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada “Sabir bağı” ərazisində 310 ədəd müxtəlif növ ağaclar əkilib.

Tədbirin bədii hissəsi Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil olunub, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə anım mərasimi başlayıb.

Son xəbərlər

Orphus sistemi