Sabirabadda şəhid bulağının açılışı olub

Qarabağ
  • 12 oktyabr, 2022
  • 10:48
Sabirabadda şəhid bulağının açılışı olub

Sabirabad rayonunda Vətən Müharibəsi şəhidi Abbaslı Elgiz Fuad oğlunun adına inşa edilmiş bulağın açılış mərasimi olub.

"Report"un məlumatına görə, bulaq rayonun Cavad kəndində inşa edilib. Mərasimdə rayon rəsmiləri, şəhidin yaxınları, qazilər və yerli sakinlər iştirak ediblər. Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıqlardan söhbət açıblar.

Açılış mərasimindən sonra məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Elgiz Abbaslı 1998-ci ildə anadan olub. Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində şəhadətə yüksəlib və bir neçə medalla təltif edilib.