Rusiyalı ekspert: “Azərbaycan qələbəyə çox yaxındır”

Rusiyalı ekspert: “Azərbaycan qələbəyə çox yaxındır” "Azərbaycan qaçılmaz olaraq əraziləri üzərində nəzarəti bərpa edəcək".
Qarabağ
11430
6 Noyabr , 2020 12:53
Rusiyalı ekspert: “Azərbaycan qələbəyə çox yaxındır”
Daria Qrevtsova
0 : 00
0 : 00

“Facebook” və “Yandex” rəhbərliyi mütləq haqqın Azərbaycanın tərəfində olduğunu və bütün beynəlxalq təşkilatların bunu təsdiqlədiyini gördü və saytlarında müvafiq düzəlişlər etdi - xəritədə Azərbaycan sərhədlərini yenilədilər”.

Bunu “Report”a müsahibəsində rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib.

Onun sözlərinə görə, Azərbaycan qaçılmaz olaraq əraziləri üzərində nəzarəti bərpa edəcək: “Əksər insanlar da artıq bunu başa düşürlər. Hərbi uğurlar göstərir ki, bu, sadəcə, yaxın gələcəyin işidir”.

Ekspert qeyd edib ki, Azərbaycan indi qələbəyə çox yaxındır, bu, hər an baş verə bilər: “Ermənistana və onun məğlubiyyətinə gəlincə, indi onlar bir neçə səbəbdən hərbi məğlubiyyəti qəbul etməyə hazır deyillər. Birincisi, Paşinyan qorxur ki, hərbi məğlubiyyəti etiraf etdikdən sonra onu devirəcək, hətta bəlkə də öldürəcəklər. O, sadəcə, öz həyatına görə qorxur.

İkinci səbəb ermənilərin, təxminən, 25 il əvvəlki hərbi zəfərlə bağlı miflərlə yaşamaları, əvvəlki “şöhrətlər”ini xəyal etmələri və vəziyyəti xeyirlərinə dəyişməklə bağlı xəyallar qurmalarıdır. Bundan əlavə, onlar, ola bilsin, Azərbaycan və ya Türkiyənin səhv edəcəyinə və bunun Rusiyanın Ermənistan tərəfində iştirakına səbəb olacağına ümid edirlər”.

Son xəbərlər

Orphus sistemi