Məhsəti Hüseynova: “Rusiya sülhməramlıları vətəndaş cəmiyyətinin əliyalın fəallarına silahla maneə yaradırlar”

Məhsəti Hüseynova: “Rusiya sülhməramlıları vətəndaş cəmiyyətinin əliyalın fəallarına silahla maneə yaradırlar” “Rusiya sülhməramlıları vətəndaş cəmiyyətinin əliyalın fəallarına öz silahları ilə maneə yaradırlar və monitorinq keçirməyə imkan vermirlər”.
Qarabağ
12 Dekabr , 2022 14:37
Məhsəti Hüseynova: “Rusiya sülhməramlıları vətəndaş cəmiyyətinin əliyalın fəallarına silahla maneə yaradırlar”
Məhsəti Hüseynova

“Rusiya sülhməramlıları vətəndaş cəmiyyətinin əliyalın fəallarına öz silahları ilə maneə yaradırlar və monitorinq keçirməyə imkan vermirlər”.

Bunu “Report”a açıqlamasında Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçısı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Məhsəti Hüseynova deyib.

Hazırda Laçın dəhlizində keçirilən aksiyanın davam etdiyini söyləyən ictimai fəal bildirib ki, bu addımı ermənilərin Qarabağda törətdikləri ekoloji terrora son qoymaq üçün atıblar: “30 illik işğal dövründə həm xalqımız, həm də ekologiyamız böyük zərər görüb. Düşmənlərimiz ağacları kəsməklə, eyni zamanda, qızıl, mis-molibiden yataqlarının qanunsuz istismarı ilə ekoloji terroru davam etdirirlər”.

“Biz ölkəmizi sevən və onun ekologiyasını qorumağa çalışan QHT-lər olaraq bu gün monitorinq tələbi ilə buradayıq. Sülhməramlı kontingentin komandanı Andrey Volkovla görüş tələb etsək də, bir neçə saatdır ki, nə o, nə də aidiyyəti üzrə şəxslər bizim görüşümüzə gəlməyib. Biz gücümüz çatdığı qədər burada qalacağıq, yetər ki, onlar bizim tələblərimizə cavab versinlər. Bunun üçün də çadırlar qurub, hazırlıqlar görmüşük”,- M. Hüseynova vurğulayıb.

Son xəbərlər

Orphus sistemi