​Qazaxıstan XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni vasitəçilərə ehtiyac yoxdur"

​Qazaxıstan XİN başçısı: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni vasitəçilərə ehtiyac yoxdur" Yerlan İdrisov: "Bunun üçün ABŞ, Rusiya və Fransanın həmsədrlər olduğu xüsusi Minsk qrupu yaradılıb"
Qarabağ
5 İyul , 2016 15:07
​Qazaxıstan XİN başçısı: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni vasitəçilərə ehtiyac yoxdur

Bakı. 5 iyul. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni vasitəçilərin cəlb edilməsinə ehtiyac yoxdur. ATƏT-in Minsk qrupu razılaşmasının yerinə yetirilməsi kifayətdir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov ölkə paytaxtı Astanada keçirdiyi brifinqdə bildirib.

"Bunun üçün ABŞ, Rusiya və Fransanın həmsədrlər olduğu xüsusi Minsk qrupu yaradılıb. Fikrimcə, münaqişənin həlli üçün yeni vasitəçilər axtarmağa ehtiyac yoxdur", - deyə nazir vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi