“İyun ayında Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycanda seysmoloji vəziyyətlə bağlı konfrans təşkil olunacaq”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.
O, Şuşa ətrafında quraşdırılacaq seysmik stansiya ilə bağlı görülən işlərdən də söz açıb.
Baş direktor bildirib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar seysmoloji tədqiqatların aparılması üçün Qarabağda ilk stansiya Şuşada tikiləcək: “Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdə tədqiqatlar aparmaq üçün 10 stansiya quraşdırılacaq”.
Xatırladaq ki, Şuşa ətrafında seysmik stansiya quraşdırılması ilə bağlı işlərə artıq bu ilin fevral ayından start verilib və həmin stansiyanın avadanlıqları qardaş Türkiyə Respublikası tərəfindən Azərbaycana hədiyyə olunacaq.