Əli Əhmədov: “Qarabağ müharibəsində ziyan çəkənlərin həyat şəraitinin yaxşılaşdırılması üçün lazım olan tədbirlər görülür”

Əli Əhmədov: “Qarabağ müharibəsində ziyan çəkənlərin həyat şəraitinin yaxşılaşdırılması üçün lazım olan tədbirlər görülür” “Hesab edirəm ki, əgər diqqətdən kənar qalan kimsə varsa və belə məsələ qaldırırlarsa Azərbaycan hökuməti buna müsbət yanaşacaq”
Qarabağ
25 Fevral , 2017 11:29
Əli Əhmədov: “Qarabağ müharibəsində ziyan çəkənlərin həyat şəraitinin yaxşılaşdırılması üçün lazım olan tədbirlər görülür”

Bakı. 25 fevral. REPORT.AZ/ “Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, bu müharibə nəticəsində ziyan çəkən insanların hər birinin həyat şəraitinin təmin olunması üçün Azərbaycan dövləti lazım olan və imkanı daxilində bütün tədbirləri görür və addımlar atır”.

“Report”un xəbərinə görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Xocalı soyqırımı zamanı hər iki valideynini itirən 25 uşağın mənzillə təmin olunması məsələsinə münasibət bildirərkən deyib.

O bldirib ki, Xocalı soyqırımı nəticəsində evsiz-eşiksiz qalan insanlara da lazım olan bütün köməkliklər göstərilir, onlar üçün şəraitlər yaradılır: “Güman edirəm ki, bütün lazımi tədbirlər görülüb. Hesab edirəm ki, əgər diqqətdən kənar qalan kimsə varsa və belə məsələ qaldırılarsa Azərbaycan hökuməti buna müsbət yanaşacaq”.

Son xəbərlər

Orphus sistemi