Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri, ispandilli ölkələr üzrə ekspert Mahir Qurbanov Argentinanın "Arriba Ciudad" (Arriba Siudad) radio proqramında çıxış edib.
“Report” xəbər verir ki, proqramda müxtəlif mövzulara toxunulub.
Radio proqramında Azərbaycanda aparılan mühüm iqtisadi inkişaf prosesi, Prezident İlham Əliyev tərəfindən görülən tədbirlər, xarici və daxili siyasətin prioritetləri və Qarabağ həqiqətləri haqqında da söhbət aparılıb.
Mahir Qurbanov eyni zamanda Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin fəaliyyət prinsipləri haqqında da söhbət açıb. Proqramda mərkəzin fəaliyyət istiqamətləri və ispandilli ölkələrlə olan əməkdaşlıq, o cümlədən Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin həyata keçirdiyi layihələr haqqında da məlumat verilib.
Qeyd edək ki, "Arriba Ciudad" Argentinanın aparıcı radio proqramlardan biridir.