Prezidentin xüsusi nümayəndəsi: "Ağdamlıların doğma yurdlarına səfərini böyük qayıdışın simvolu kimi görürük"

Prezidentin xüsusi nümayəndəsi: "Ağdamlıların doğma yurdlarına səfərini böyük qayıdışın simvolu kimi görürük" Prezidentin Ağdamın işğaldan azad edilən ərazilərindəki nümayəndəsi Emin Hüseynov: "Ağdamlıların Ağdama səfərini böyük qayıdışın bir simvolu kimi görürük."
Qarabağ
5 Sentyabr , 2021 14:31
Prezidentin xüsusi nümayəndəsi: Ağdamlıların doğma yurdlarına səfərini böyük qayıdışın simvolu kimi görürük
Emin Hüseynov

"Ağdamlıların doğma yurdlarına səfərini böyük qayıdışın simvolu kimi görürük".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Xüsusi nümayəndə bildirib: "10 noyabr üçtərəfli razılaşmadan sonra, ermənilər Ağdamın azad edilməsinə məcbur edildi. Bu tarixi zəfərdən sonra, bəzi infrastruktur layihələrinin icrasına start verildi. Ağdam rayonu piyada və tank əleyhinə minalarla, partlamamış hərbi sursatlarla ən çox çirkləndirilən rayonlarımızdandır. Təəssüf olsun ki, bu, işimizdə çox böyük çətinliklər yaradır. Amma buna baxmayaraq işlər çox sürətlə aparılır".

E.Hüseynovun sözlərinə görə, ağdamlıların bura cəlb edilməsi bir vaxt məsələsi idi:

"Biz bu səfəri böyük qayıdışın simvolu kimi görürük. Böyük qayıdış vətəndaşlarımızın öz dədə-baba yurdlarına daimi qayıdacaqları günə qədər davam edəcək. Vətəndaşlarımız Ağdamın indiki vəziyyəti, burada aparılan quruculuq işləri İlə tanış olacaqlar. Sözsüz ki, bu, olduqca vacibdir. Çünki artıq müəyyən qədər mina təhlükəsini aradan qaldırdıqca bu səfərləri təhlükəsiz şəkildə təşkil etmək istəyirik və bunu edəcəyik. Bu səfərlər davamlı olacaq. Biz məcburi köçkünlərin azad edilən yerlərə səfərləri üzərində düşünürük".

Son xəbərlər

Orphus sistemi