Prezident: “Sülhməramlılarla Azərbaycan hərbçiləri arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə qurulub”

Prezident: “Sülhməramlılarla Azərbaycan hərbçiləri arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə qurulub” Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə qurulub
Qarabağ
29 Aprel , 2022 13:16
Prezident: “Sülhməramlılarla Azərbaycan hərbçiləri arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə qurulub”
İlham Əliyev

"Ölkəmizin Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə qurulub.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə deyib.

“Bir il yarımdır ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə vəziyyət ümumilikdə sabitdir. Əvvəllər sərhəddə cüzi gərginlik olub, indi orada da durum sabitdir”, - dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, tunelin tikintisi zamanı Rusiya sülhməramlıları yüklərin Kəlbəcərə çatdırılması üçün mühüm nəqliyyat imkanları yaradır.

Son xəbərlər

Orphus sistemi