Prezident: "Sarqsyanın əli Xocalı qurbanlarının qanına batıb"

Prezident: "Sarqsyanın əli Xocalı qurbanlarının qanına batıb" “Əli Xocalı qurbanlarının qanına batmış Sarqsyan qaz kəmərlərimizi vurmaq üçün “İskəndər”dən istifadə etmədiyinə görə Paşinyanı qınayır”
Qarabağ
117
13 Aprel , 2021 12:03
Prezident: Sarqsyanın əli Xocalı qurbanlarının qanına batıb
İlham Əliyev

“Əli Xocalı qurbanlarının qanına batmış Sarqsyan qaz kəmərlərimizi vurmaq üçün “İskəndər”dən istifadə etmədiyinə görə Paşinyanı qınayır.”

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

“Bu hərbi cinayətdir. Sonra Movsesyan “İskəndər”ləri bizə qarşı istifadə etdiklərini etiraf edib, bundan sonra isə onların istifadə edilməsinin video görüntülərini aldıq. Sonra mən bunu araşdırmaq üçün tapşırıq verdim və onları tapdıq. Biz onları niyə o vaxt tapmadıq? Çünki Şuşada müharibədən dərhal sonra qar yağdı və hətta yanvar-fevral aylarında orada olduğum zaman da qar yağırdı. Sonra qar əridi və biz onları tapdıq”, - Prezident deyib.

Dövlət başçısı Azərbaycanın “İskəndər” raketlərinin qırıqlarını tapmasından sonra baş verənlərin qəribə olduğunu da qeyd edib.

“Ermənistan Baş Qərargahının rəisi bu mövzunu şərh edə bilməyəcəyini deyib. Bunu necə başa düşə bilərik? Hə ya yox? Çox güman ki, hə. Belə olmasaydı, onları istifadə etmədiklərini deyərdilər”, - İlham Əliyev söyləyib.

Son xəbərlər

Orphus sistemi