"Prezident heç bir zaman əsir və girovları unutmayıb"

"Prezident heç bir zaman əsir və girovları unutmayıb" Rusiya sülhməramlılarının təqdim etdiyi xəritədə yanlışlıq aradan qaldırılıb və həmin ərazilərin Azərbaycanın nəzarətində olduğu bir daha təsdiqlənib
Qarabağ
15 Dekabr , 2020 17:43
Prezident heç bir zaman əsir və girovları unutmayıb
Şahbaz Quliyev və Dilqəm Əsgərov

“Rusiya sülhməramlıları tərəfindən dekabrın 13-də Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanatda nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilmişdi. Bununla bağlı isə Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurmuşdu. Həmin ərazilər məlum bəyanata əsasən Azərbaycan Ordusunun nəzarətindədir. Ona görə də həmin xəritədə Rusiya sülhməramlılarının nəzarət etdiyi kimi göstərilən bəzi ərazilər həqiqəti əks etdirmirdi”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, dünən Rusiya sülhməramlılarının təqdim etdiyi xəritədə yanlışlıq aradan qaldırılıb və həmin ərazilərin Azərbaycanın nəzarətində olduğu bir daha təsdiqlənib:

“Onu da qeyd edim ki, Azərbaycan tərəfi humanizm nümayiş etdirərək o ərazilərdə “azmış” və ya “qalmış” kimi təqdim olunan erməni silahlı dəstələrinin çıxması üçün şərait yaradıb, lakin erməni silahlıları orada möhkəmləyə çalışıblar. Daha sonra Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar ediblər, nəticədə ölən və yaralananlar olub. Azərbaycan dərhal sülhməramlılarla əlaqə yaradıb, məsələnin ciddiliyini onların diqqətinə çatdırıb və bundan sonra antiterror əməliyyatı keçirərək həmin əraziləri terrorçulardan təmizləyib. Ölkəmiz qətiyyət və siyasi iradə nümayiş etdirərək bir daha göstərdi ki, müvafiq razılaşmadan kənara çıxmağa, birtərəfli qaydada xəritələr tətbiq edərək ilkin razılaşmanın şərtlərini pozmağa heç kimə imkan verilməyəcək”.

Deputat onu da qeyd edib ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 8-ci bəndinə əsasən hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilməsi nəzərdə tutulmuşdu:

“Rusiya prezidenti Vladimir Putin də bəyan etmişdi ki, bu prosesə dəstək verəcək. Təbii ki, Rusiyanın bu işə maraq göstərməsi bizim üçündə səmərəlidir. Biz qəbul edilən bütün bəyanatları sözsüz icra etməyə hazırıq və həmişədə icra etmişik. Azərbaycan 10 noyabr bəyanatını, beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq və humanizm prinsiplərinə sadiq qalaraq müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib. Bizim əsirliyimizdə olan ermənilər nə mənəvi, nədəki zorakı kobudluğa məruz qalmayıblar. Onlar humanitar qaydada öz əsirlik müddətlərini başa vurublar. Lakin Ermənistan tərəfi üçün eyni sözləri deməkdə çətinlik çəkirik. Onlar humanitar qaydaları unudaraq əsirlər, girovlarla sanki heyvancasına davranır onları alçaldır və şiddət göstərərək təzyiq edirlər. Bütün bunların sübutlarıda var”.

E.Səlimov xatırladıb ki, beynəlxalq təşkilatlar və Rusiya sülhməramlı qüvvələri komandanlığının iştirakı ilə aparılan danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və dünən əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb:

“Belə bir addım hər iki tərəf üçün münasib olanıdır. Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Bu onu göstərir ki, Prezidentimiz İlham Əliyev daim xalqının, millətinin yükünü öz çiyinlərinə alıb. O heç bir zaman bizim girovları unutmayıb, daim onların vətənə geri qaytarılması üçün lazımi bütün tədbirləri görüb. Hər bir vətəndaş bunun üçün Prezidentimizə minnətdardır. Çox sağ olsun ki, Prezident hər kəsin həsrətinə son qoydu. Azərbaycan Prezidenti İlham Əliyev azərbaycanlı əsir və girovların, o cümlədən də Şahbaz Quliyev və Dilqəm Əsgərovun Vətənə qaytarılması məsələsini həmişə diqqətdə saxlayıb, bu istiqamətdə müvafiq iş aparılıb, Rusiya rəsmiləri ilə təmaslarda məsələ daim qaldırılıb. Cənab Prezident daim öz xalqı, milləti üçün savaşan, mübarizə aparan bir liderdir. İlham Əliyev vətəndaşların problemlərinin həllini öz siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirdiyini bir daha aydın nümayiş etdirdi. Bu zatən bu günə qədər bizə bəlli bir hal idi. Macarıstandan Ramil Səfərovun ekstradisiyası, Milli qəhrəman Mübariz İbrahimovun nəşinin qaytarılması keçmişdən bizə olan sübutdur. İndi isə Şahbaz Quliyev və Dilqəm Əsgərovun Vətənə gətirilməsinin təmin olunması buna əyani sübut oldu. Biz atılan bu addımlara görə daim öz liderimizə minnətdarlıq içərisindəyik. Bütün bunlar onun siyasi düşüncələrinin nəticəsidir. Vətənə qaytarılmış əsirlərimizə görə Prezidentimizə minnətdarıq”.

Son xəbərlər

Orphus sistemi